Polşa–Belarus sərhədində dronlara qarşı müdafiə sisteminin ilk elementləri quraşdırılıb.
Herbiand.az xəbər verir ki, bu barədə Polşanın “RMF24” radiosu məlumat yayıb.
Polşanın daxili işlər və administrasiya Naziri Marçin Kervinski bildirib ki, dronlara qarşı müdafiə sisteminin ilk elementləri Krynki şəhəri yaxınlığında yerləşən müşahidə qülləsində quraşdırılıb.