“Sevmaş” (Severodvinsk şəhəri) kran avadanlıqlarının genişmiqyaslı modernləşdirilməsini davam etdirir.
Herbiand.az bildirir ki, gəmiqayırma zavodunun mətbuat xidməti son üç ildə emalatxanalarında və müəssisənin ərazisində 34 kranın dəyişdirildiyini qeyd edib.
Xüsusilə, 11 emalatxanada 5 tondan 50 tona qədər qaldırma qabiliyyətinə malik iki bloklu 31 yeni kranlar istismara verilib. Yeni avadanlıqlar yükləmə, boşaltma və daşıma əməliyyatları üçün tələb olunan vaxtı azaldır.
Yeni kranın bütün avadanlıqları Rusiya istehsalıdır. “Sevmaş” ərazisində ümumilikdə, təxminən 500 ədəd kran avadanlığı istismardadır. Qeyd edilib ki, kran donanmasının təkmilləşdirilməsi işləri davam edir. 2031-ci ilə qədər “Sevmaş”da təxminən 160 kranın istismara veriləcəyi planlaşdırılır.
Bəxtiyar CƏFƏRLİ