21 apreldə və 22-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələri bir sıra mühüm Rusiya hədəflərinə zərbə endirib.
Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Məlumatda işğal olunmuş Sevastopolda yerləşən Rusiya Qara Dəniz Donanmasının "Streletski" dəniz komandanlıq məntəqəsinə zərbə endirildiyi bildirilir.
Bundan əlavə, Müdafiə Qüvvələri Kursk bölgəsindəki PUA komandanlıq məntəqələri və Xarkov bölgəsinin müvəqqəti işğal olunmuş ərazilərindəki "Molniya" PUA komandanlıq məntəqəsi də daxil olmaqla bir sıra digər hədəflərə zərbə endirib.