NATO-ya məxsus kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayəti yaxınlığında uçuş həyata keçirib.
Herbiand.az -ın məlumatına görə, bu barədə TASS aviadispetçer xidmətindəki mənbəyə istinadən xəbər yayıb.
Bildirilib ki, təyyarə Rumıniyada yerləşən hərbi bazadan havaya qalxıb.
Mənbənin sözlərinə görə, əvvəllər NATO-nun bu cür uçuşları bazar günləri nadir hallarda müşahidə olunurdusa, son vaxtlar demək olar ki, hər bazar günü qeydə alınır.
Təyyarənin Kalininqrad vilayətinin hava məkanına daxil olub-olmadığı barədə məlumat verilməyib.