Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu baş gizir Orxan Heydərli Türkiyənin İstanbul şəhərində keçirilən şotokan karate üzrə 16-cı dünya çempionatında uğurla çıxış edib.
DSX-dən Herbiand.az-a bildirilib ki, idmançı kişilər arasında +84 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək 5-ci dəfə dünya çempionu adına layiq görülüb.
O, final mərhələsində də üstünlüyünü qoruyaraq qələbəni təmin edib.