Rusiya prezidenti Vladimir Putin Kiyevin Rusiya bölgələrinə hücumları ilə bağlı bütün hadisələr barədə gündə bir neçə dəfə məlumatlar alır.
Herbiand.az bildirir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov mövzu ilə bağlı jurnalistlərin sualına cavabında deyib.
"Prezident gündə bir neçə dəfə və zərurət yarandıqda, günün istənilən vaxtında bütün hadisələr, Kiyev rejiminin hücumları və vəziyyətin necə inkişaf etdiyi barədə daim məlumatlar alır", - Peskov qeyd edib.
Bəxtiyar CƏFƏRLİ