İndoneziya Hərbi Dəniz Qüvvələri Yavanski dənizindəki təlimlər zamanı istismardan çıxarılmış desant gəmisini batırıb.
Herbiand.az bildirir ki, hədəf kimi istifadə edilən gəmi 1990-cı illərdə Almaniyadan 482 milyon dollarlıq böyük bir müqavilə ilə alınıb.
Gəmi Fransa istehsalı Exocet MM40 Block 3 gəmi əleyhinə raketi ilə məhv edilib.
Qeyd edək ki, gəmi Cənubi Sulavesi sahillərində baş verən yanğında ciddi ziyan gördükdən sonra 2024-cü ildə istismardan çıxarılıb.
Bəxtiyar CƏFƏRLİ