Advertisment

Aİ-nin Ukraynaya ayırdığı 90 mlrd. avro kreditin ilk tranşı dronlara xərclənəcək

Ukrayna cari rübdə Avropa İttifaqının 90 milyard avro məbləğində kreditinin 6 milyardını alacaq.

Herbiand.az xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Parlamentinin plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu vəsait pilotsuz uçuş aparatlarının maliyyələşdirilməsinə yönəldiləcək.

Von der Leyenin sözlərinə görə, ayrılan 90 milyard avro kreditin üçdə biri Ukraynanın büdcə ehtiyaclarının qarşılanmasına sərf olunacaq, qalan hissəsi isə müdafiə sahəsinə yönəldiləcək.