Ukrayna Rusiya tərəfindən hərbi cəhətdən məğlub edilib.
Herbiand.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
“Hansı müharibə daha tez bitəcək, Ukrayna, yoxsa İran müharibəsi” sualının cavabında isə ABŞ lideri ölkələri qarışıq salıb.
"Bilmirəm. Bəlkə də təxminən eyni vaxtda. Düşünürəm ki, hərbi cəhətdən Ukrayna məğlub olub. Bunu saxta xəbərlər oxumaqla bilməzsiniz, amma hərbi cəhətdən..."
ABŞ Prezidenti daha sonra sadalamağa başlayıb: "Baxın: onların 159 gəmisi var idi. Hazırda hər gəmi su altındadır... Onların Hərbi Dəniz Qüvvələri ilə geri qayıtması çətin olacaq. Onların raketləri var. Təxminən 82%-i yoxa çıxıb. Həmçinin dronları da var və əksəriyyəti məhv edilib. Zavodların əksəriyyəti praktik olaraq məhv edilib. Və lazerlərlə təchiz olunmuş əla anti-dron avadanlıqlarımız və onları havadan milçək kimi qoparan bu yeni, xüsusi silahımız var.”
“The Insider” onlayn nəşri də Donald Trampın fikirlərini beləşərh edib: “Guya batırıldığı iddia edilən 159 gəmi Tramp tərəfindən Yaxın Şərqdəki müharibə kontekstində İrana qarşı dəfələrlə istifadə edilib. Ukrayna Hərbi Dəniz Qüvvələrinin heç vaxt bu qədər çox hərbi gəmisi olmayıb, ona görə də donanmanın bu qədər tamamilə məhv edilməsi baş verə bilməzdi.”