Advertisment

Kerç körpüsünü qoruyan Rusiya katerlərinə hücum olub

30 aprel gecəsi Ukrayna Hərbi Dəniz Qüvvələri Kerç boğazı yaxınlığında Rusiya gəmi və qayıqlarından ibarət karvanına hücum edib.

Herbiand.az xəbər verir ki, bununla bağlı Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumatda deyilir:

"Hücum nəticəsində Rusiya FTB-nin "Sobol" və "Qraçonok" əks-təxribat gəmisi zədələnib. Düşmən hücum nəticəsində ciddi itkilərə məruz qalıb”.

Qeyd olunur ki, bu qayıqlar Kerç boğazı körpüsünü qorumaq və təxribatçılarla mübarizə aparmaq üçün istifadə olunan Sahil Mühafizəsinin, FSB Sərhəd Xidmətinin və Rusiya Hərbi Dəniz Qüvvələrinin əsas bölmələridir.