Advertisment

ABŞ ordusu Hörmüz boğazında əməliyyata başlayıb

ABŞ prezidenti Donald Tramp bu gündən ABŞ ordusunun İran tərəfindən bloklanan Hörmüz boğazından mülki gəmilərin müşayiətinə başlayacağını elan edib. Prezident Donald Tramp bu əməliyyatı "Azadlıq Layihəsi" adlandırıb.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, əməliyyat müharibə başlayandan bəri Fars körfəzində ilişib qalan yüzlərlə gəminin heyətinə kömək etmək üçün humanitar səy kimi nəzərdə tutulub.

29 aprel tarixinə olan məlumata görə, körfəzdə 900-dən çox ticarət gəmisi var.