ABŞ-ın cavabı Pakistan vasitəsilə qəbul olunub və hazırda nəzərdən keçirilir.
Herbiand.az -ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. “ABŞ-ın həddən artıq tələbi və əsassız istəklər irəli sürmək vərdişi qalmaqdadır”, - İran XİN sözçüsü deyib.
O qeyd edib ki, ABŞ mütəmadi olaraq mövqelərini dəyişir və bu, diplomatik prosesi çətinləşdirir. Bəqai vurğulayıb ki, mediada səsləndirilən bəzi məlumatlar bir növ ehtimallara əsaslanır.
Onun sözlərinə görə, hazırkı mərhələdə müzakirə olunan yeganə məsələ müharibənin dayandırılmasıdır və nüvə məsələləri ilə bağlı heç bir mövzu gündəmdə deyil.