ABŞ-ın saxladığı İranın “Tosca” ticarət gəmisinin 15 nəfərlik ekipaj üzvü artıq ölkələrinə qayıdıb.
Herbiand.az -ın xəbərinə görə, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Qeyd edək ki, İranın ticarət gəmisi ötən ay Ərəbistan dənizində ABŞ ordusunun dəniz blokadası çərçivəsində saxlanılıb. ABŞ İranın “Tosca” gəmisini ekipajı ilə birlikdə Pakistana təhvil verib. Pakistan “Tosca” gəmisini və onun 22 nəfərlik ekipajını təhvil aldığını, onların İrana qaytarılacağını təsdiqləyib.