Advertisment

Mali ordusu Rusiyanın dəstəyi ilə Menaka şəhərini azad edib

Malinin nizami ordu bölmələri Rusiya hərbçilərinin köməyi ilə ölkənin şimalındakı Menaka şəhərini yaraqlılardan təmizləyib.

Herbiand.az bildirir ki, bu barədə Military Watch Magazine (MWM) nəşri məlumat verib.

"Rusiya qoşunları ərazilərin azad edilməsinə yönəlmiş son əks-hücum əməliyyatlarında əsas rol oynayıb", - nəşr qeyd edib.

Nəşrin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinə tabe olan Afrika korpusu hərbi obyektlərə və əsas infrastruktura edilən hücum cəhdlərini dəf edib və cinayətkar qruplar tərəfindən istifadə edilən xeyli miqdarda texnikanı ələ keçirib.

Rusiya terrorizmə qarşı əməliyyatları dəstəkləmək üçün ən güclü birləşmiş hava qüvvələri qruplarından birini Maliyə yerləşdirib. Bura hücum helikopterləri, pilotsuz uçuş aparatları, ağır nəqliyyat təyyarələri və qırıcılar daxildir.

Bəxtiyar CƏFƏRLİ