Ukrayna Müdafiə Nazirliyi yerli administrasiyalarda müdafiə məsələləri üzrə sədr müavini vəzifəsi yaratmaq qərarına gəlib. Ehtimal olunur ki, yeni şəxslər yerli milislərin formalaşdırılması, təlim və toplantıların təşkili və ərazi işə qəbul mərkəzləri ilə əlaqələndirilməsinə cavabdeh olacaqlar.
Herbiand.az bildirir ki, Ukrayna mənbələrinə görə, bu, Rusiya ordusunun əraziyə nəzarəti ələ keçirməsi halında yeraltı qrupların hazırlanmasını əhatə edir.
“Bu vəzifələrə Ukrayna Müdafiə Naziri tərəfindən dəstəklənən aktiv hərbi qulluqçular təyin olunacaqlar. Ən əsası, vəzifələr şərti sülh dövründə də saxlanılacaq”, - Ukrayna müdafiə nazirinin müavini, general-leytenant Yevgeni Moysyuk bildirib.
Bəxtiyar CƏFƏRLİ