NATO ölkələrinin öz hava məkanlarından Rusiya ərazisinə zərbələr endirmək üçün Ukrayna dronlarına icazə verməsi Moskvaya müharibə elan etməsi hesab oluna bilər.
Herbiand.az bildirir ki, bu barədə InfoBRICS xəbər verir.
Məqalədə qeyd olunur ki, bu vəziyyət NATO-nun münaqişədə birbaşa iştirakı ilə bağlı Rusiyanın əvvəlki xəbərdarlıqlarını təsdiqləyir.
Nəşr hadisələrin iki mümkün versiyasını göstərir: “Kiyev öz mütəxəssislərini Baltikyanı ölkələrə və Finlandiyaya göndərir, bundan sonra dronlar onların ərazisindən buraxılır. Yaxud, dronlar Ukraynadan buraxılır və Polşa üzərindən eyni istiqamətdə uçur. Bu halda Varşava, Helsinki və Baltikyanı ölkələri eskalasiyanın yeni mərhələsinə cəlb edilə bilər”.
InfoBRICS-in məlumatına görə, Moskvanın səbri əbədi olmayacaq və Rusiya nə vaxtsa buna cavab verəcək.
Bəxtiyar CƏFƏRLİ