Advertisment

"Ukrayna komandası" tərəfindən "Artan" xüsusi bölməsinə FPV dronları verilib

"Ukrayna komandası"nın könüllüləri Baş Kəşfiyyat İdarəsinin "Artan" xüsusi bölməsinə növbəti dəfə FPV dronları təhvil veriblər.

Herbiand.az bildirir ki, bu barədə könüllülər qərargahının Facebook səhifəsində məlumat verilib.

"Ukrayna komandası"nın rəhbəri Artur Palatniy qeyd edib ki, artıq sabahdan bu dronlar düşmənləri məhv edəcək və əsgərlərin həyatını xilas edəcək.

“Artan” xüsusi təyinatlı dəstəsi könüllülərə və ianə verən bütün insanlara təşəkkür ediblər, çünki bu, cəbhə xəttində yüksək dərəcədə hiss olunur.

Bəxtiyar CƏFƏRLİ