Mayın 12-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa keçirilib.
Herbiand.az xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, media nümayəndələri, ekspertlər və ictimai xadimlər iştirak ediblər.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, bu gün Azərbaycanın əldə etdiyi tarixi Qələbənin yalnız hərbi və geosiyasi əhəmiyyətindən deyil, eyni zamanda, onun mənəvi üstünlüyündən də danışmaq lazımdır. Azərbaycan öz gücü ilə regionda sülh modeli formalaşdıran dövlətə çevrilib və bu model artıq beynəlxalq səviyyədə diqqətlə izlənilir.
“Prezident İlham Əliyevin regionda sülhün müəllifi kimi çıxış etməsi olduqca böyük məsuliyyət və siyasi iradə tələb edən yanaşmadır. Ölkə Prezidenti çıxışlarında haqlı olaraq vurğulayır ki, Azərbaycan regionda sülhün müəllifidir. Bu, sadəcə siyasi bəyanat deyil, arxasında real nəticələr və praktiki addımlar dayanan yanaşmadır. Azərbaycan regionda sülhü öz gücü, öz siyasi iradəsi və qətiyyəti hesabına formalaşdırıb. Bu gün artıq həmin sülh modeli dünyada nümunə kimi qiymətləndirilir”, - deyə Natiq Məmmədli vurğulayıb.
O bildirib ki, dünyada bir çox siyasi liderlər sülhdən danışsa da, əksər hallarda bu çağırışlar praktik nəticələrlə müşayiət olunmur. Dünyanın müxtəlif ölkələrində liderlər sülh haqqında bəyanatlar verirlər. Lakin beynəlxalq media və ictimaiyyət artıq yalnız şüarlara deyil, konkret fəaliyyətə və nəticəyə diqqət yetirir. Prezident İlham Əliyevin çıxışlarının həm regional, həm də qlobal mediada geniş müzakirə olunmasının əsas səbəbi də məhz budur. Çünki burada sözlə əməl arasında tam birlik mövcuddur”, - deyə Natiq Məmmədli bildirib.
Onun sözlərinə görə, Azərbaycan sülhü yalnız çağırış kimi səsləndirmir, onun arxasında dövlətin siyasi iradəsi və konkret addımları dayanır. Azərbaycanın sülh siyasətinin arxasında Prezident İlham Əliyevin qətiyyəti, dövlətin ardıcıl siyasi xətti və praktiki fəaliyyət dayanır. Bu baxımdan Azərbaycanın yaratdığı model beynəlxalq münasibətlər sistemində xüsusi diqqət çəkir və yeni siyasi yanaşma nümunəsi kimi qiymətləndirilir.