Advertisment

ABŞ-da dördüncü Gerald R. Ford sinifli təyyarədaşıyan gəminin tikintisi gecikir

ABŞ Hərbi Dəniz Qüvvələri üçün Doris Miller (CVN-81) adlı dördüncü Gerald R. Ford sinifli təyyarədaşıyan gəminin tikintisi ən azı 2 il gecikir.

Herbiand.az bildirir ki, bu barədə USNI News xəbər verir.

Yeni hesablamalara görə, gəminin ümumi tikinti müddəti 15 ilə qədər artıb. Onun əvvəlcə 2030-cu ildə Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi planlaşdırılırdı, lakin son tarix indi 2032-ci ilə təxirə salınıb.

Gecikmə ABŞ müdafiə sektorundakı bir sıra texniki problemlər və təchizat zəncirindəki pozuntularla əlaqələndirilir.

Bəxtiyar CƏFƏRLİ