Advertisment

Rusiya Aerokosmik Qüvvələrinə yeni baş komandanın təyin edilməsinin səbəbi açıqlanıb

Rusiya Aerokosmik Qüvvələrinin yeni baş komandanının təyin edilməsi əvvəlki komandir Viktor Afzalova qarşı heç bir narazıçılıq ilə əlaqəli deyil. Afzalov bu vəzifədə "müvəqqəti ara fiqur" kimi qəbul edilib.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə "Vedomosti"yə bildirib.

Xatırladaq ki, mayın 4-də Rusiya mətbuatında general-polkovnik Aleksandr Çaykonun Aerokosmik Qüvvələrin yeni baş komandanı təyin olunduğu barədə məlumat yayılıb. O, Sergey Surovikinin istefasından sonra 2023-cü ilin oktyabrından bəri bu vəzifəni tutan Afzalovu əvəz edib.

Bəxtiyar CƏFƏRLİ