Advertisment

Zaporojye vilayətinə kütləvi dron hücumu olub

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Kamensko-Dneprovski rayonuna kütləvi dron hücumu təşkil edob.

Herbiand.az xəbər verir ki, bu barədə regionun qubernatoru Yevgen Balitski məlumat verob.

O, əlavə edib ki, hücum zamanı bir mülki şəxs yaralanıb və həkimlər lazımi yardımı göstərirlər.

RAyon ərazisində ən azı 14 partlayış qeydə alınıb.

Region qubernatoru qeyd edib ki, növbəti zərbələr riski qalır.