Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Nazirlikdən Herbiand.az-a verilən xəbərə görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Binəqədi rayon 328 və 138 nömrəli uşaq bağçalarında, Nizami rayon 328 nömrəli tam orta məktəbində, Xəzər rayonunda yerləşən Abşeron Binə Peşə liseyində və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Aparatında, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər 19 nömrəli tam orta ümumtəhsil məktəbində, Gəncə RM tərəfindən Gəncə şəhər 17 və 21 nömrəli, Şəmkir rayonu, Ə.Cəmil adına Zəyəm qəsəbə tam orta məktəblərində və Qazax Rayon Psixiatriya Xəstəxanasında, Qarabağ RM tərəfindən Tərtər rayonu, Şükür Rəhimov adına Azad Qaraqoyunlu kənd və Ağcabədi rayonu, Cəmil Quliyev adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəblərində, Aran RM tərəfindən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Göyçay Rayon İcra Hakimiyyəti başçısının 2-ci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində, Yevlax rayon Nərimanabad kənd və Göyçay şəhər 4 nömrəli tam orta məktəblərində, Şimal-qərb RM tərəfindən Balakən rayonu, Bedağar kənd tam orta ümumtəhsil məktəbində, Muğan RM tərəfindən İmişli şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində, Şimal RM tərəfindən Quba rayonu, Qımılqazma kənd və Qusar rayonu, Zindanmuruq kənd tam orta məktəblərində, Cənub RM tərəfindən Cəlilabad şəhər Ş.İ.Xətai adına 4 nömrəli, Yardımlı şəhər M.Xaniyev adına 3 nömrəli tam orta məktəblərində və Dövlət Sərhəd Xidmətinin Lənkəran şəhərində yerləşən “N” saylı hərbi hissəsində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.