ABŞ Müdafiə Nazirliyi Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların Ukrayna Prezidenti Vladimir Zelenskinin ərazi güzəştlərindən imtina etməsi səbəbindən çıxılmaz vəziyyətə düşdüyünü bildirib.
Herbiand.az xəbər verir ki, bu barədə "Atlantik Qətiyyəti" əməliyyatına rəhbərlik edən Xüsusi Baş Müfəttiş tərəfindən ABŞ Konqresinə təqdim edilən hesabatda bildirilib.
Hesabata görə, ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli görüşlər atəşkəs və ya sülh sazişi əldə etmək üçün uğursuz olub və danışıqlar çıxılmaz vəziyyətə düşüb. Sənəddə bildirilir ki, Zelenski "Ukraynanın ərazini Rusiyaya verməyəcəyini təkrarlamağa davam edib", çünki ölkə Konstitusiyasına görə, istənilən ərazi güzəştləri yalnız referendum yolu ilə edilə bilər.