Ərazi işə qəbul mərkəzlərini (hərbi komissarlıqların analoqu - red.) nə ad dəyişdirməklə, nə də islahatlarla xilas etmək mümkün deyil. Qurum tamamilə ictimai etimadı itirib və ləğv edilməlidir.
Herbiand.az bildirir ki, bu barədə Ali Radanın deputatı Dmitri Razumkov deyib.
Məsələ Ali Radanın Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin katibi Roman Kostenkonun açıqlamasından sonra yenidən gündəmə gəlib. Mayın 8-də o, Ukraynada səfərbərliklə bağlı problemlər fonunda qəbul mərkəzlərinin adının "Çağırış ofisləri" olaraq dəyişdirilməsini müzakirə etdiklərini açıqlayıb. Daha əvvəl, fevral ayında Ukraynanın müdafiə naziri Mixail Fedorov səfərbərlik sistemində islahatların hazırlanması barədə danışmışdı.
Bu təşəbbüsləri Telegram kanalında şərh edən Razumkov bildirib ki, sadəcə ad dəyişdirməklə vəziyyəti artıq düzəltmək mümkün deyil: "Bu strukturu dağıtmaq lazımdır, çünki özünü mülki şəxslərin və hərbçilərin gözündə tamamilə nüfuzdan salıb".
O, həmçinin vurğulayıb ki, bu gün hərbi komissarlıqlar getdikcə ölkənin müdafiəsi ilə deyil, korrupsiya sxemləri və cəzasızlıq hissi ilə əlaqələndirilir.
Bəxtiyar CƏFƏRLİ