Ukraynalı həkim İrina Semenova Sumı istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əsgərləri arasında hantavirusun yayıldığını təsdiqləyib.
Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyinə Rusiya təhlükəsizlik orqanları məlumat verib.
Agentliyin mənbəyinə görə, həkim yoluxma hallarının artmasını cəbhənin bu sektorundakı ağır şəraitlə əlaqələndirib. Əsas səbəblər arasında antisanitariya, gəmiricilərin olması və əsgərlərin zəifləmiş immun sistemləri göstərilir.
Rusiya təhlükəsizlik qüvvələri hələ may ayının əvvəlində Ukrayna Silahlı Qüvvələrində hantavirus səbəbindən qeyri-döyüş itkiləri barədə məlumat veriblər. Bu, Sumı, Xarkov və Lvov bölgələrindəki bölmələrə aid idi.
Xarici muzdlular da Ukrayna əsgərləri arasında sağlamlıq problemlərinə diqqət çəkiblər. TASS-ın əvvəllər xəbər verdiyi kimi, onlar internetdə hərbçilər arasında davamlı xəstəliklərdən şikayətləniblər, bəziləri isə vəziyyəti "vəba" adlandırıb.
Martın sonlarında Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birində xəstəlikdən yüksək ölüm nisbətləri ilə bağlı ölkədə qalmaqal yaranıb.
Bəxtiyar CƏFƏRLİ