Advertisment

ADA Universitetinin prorektoru WUF13 çərçivəsində Qarabağın bərpası təcrübəsindən danışıb

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə WUF13 çərçivəsində keçirilən “Akademiya və tədqiqat“ üzrə dəyirmi masada Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpasında məlumat bazasının mühüm rolu barədə danışıb.

Herbiand.az xəbər verir ki, F.İsmayılzadə hazırda işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və yenidənqurma işlərinin getdiyini bildirib. Qeyd edib ki, bərpa prosesi zamanı Qarabağ bölgəsi və digər işğaldan azad olunmuş ərazilərə qayıdan məcburi köçkünlərin ehtiyacları, bacarıqları və sosial-iqtisadi vəziyyəti barədə etibarlı məlumatların toplanması şəhər və kənd planlaşdırılması üçün əsas şərtdir. Onun sözlərinə görə, artıq 80 minə yaxın keçmiş məcburi köçkün öz doğma torpaqlarına qayıdıb və yeni icmaların formalaşdırılması prosesi davam edir.

F.İsmayılzadə vurğulayıb ki, ADA Universiteti tərəfindən aparılan sorğular bu prosesdə mühüm məlumat bazası yaradır və bu təcrübə digər ölkələr üçün də nümunə ola bilər.