Advertisment

Zelenski Ukraynanın anti-ballistik sistemlərinin inkişafının hazırkı vəziyyətini izah etdi

Ukrayna Prezidenti Vladimir Zelenski hazırda Rusiya ballistik raketlərinə qarşı təsirli daxili əks tədbirlərin olmadığını bildirib.

Herbiand.az xəbər verir ki, o bu barəıdə ukraynalı alimlərlə görüşündə danşıb

"Biz həqiqətən öz hava hücumundan müdafiəmizi istəyirik. Müzakirə olunan bir çox fərqli yanaşmamız var, bəziləri çox uğurludur ki, dronları, reaktiv dronları, adi dronları, uzaqmənzilli silahları və s. məhv edə bilər. Amma hələlik anti-ballistik sistemlərimiz yoxdur. Axtarırıq. Müasir anti-ballistik sistemlərimizi nümayiş etdirə biləcək insana hər yerdə abidələr ucaltmağa hazırıq. Amma biz güclü ilk addımlar atmışıq. Biz hər gün bunun üzərində işləyirik", - deyə Zelenski vurğulayıb.