Advertisment

Nebenzya: Kiyev PUA-lar vasitəsilə döyüşü oyuna çevirir

Kiyevin mülki əhaliyə zərər vurmasının əsas vasitəsi dronlardır və bu, döyüşü oyuna çevirmək meylinin fonunda baş verir.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

O, deyib ki, Kiyevin mülki əhalini öldürmək və onlara zərər vermək üçün əsas vasitəsi hücum dronları olaraq qalır: “Təkcə bu ilin aprel ayında Ukrayna dronları tərəfindən 701 mülki şəxs zərər çəkib, onlardan 87-si ölüb. Beləliklə, Ukrayna təcavüzündən təsirlənən hər 10 mülki şəxsdən 9-u dron zərbələri nəticəsində öldürülüb və ya yaralanıb. Bu, "oyunlaşdırma" və ya döyüşü oyuna çevirmək üçün qeyri-insani tendensiya fonunda baş verir. Beləliklə, Ukraynanın "Dron ordusu" proqramı çərçivəsində hədəfə vurulan hər bir təsdiqlənmiş zərbə PUA operatoruna bonus xalları qazandırır və bu xallar sonra daha inkişaf etmiş dronlarla dəyişdirilə bilər".

Bəxtiyar CƏFƏRLİ