Ukrayna prezidenti Vladimir Zelenski mayın 21-nə keçən gecə Ukrayna müdafiəçilərinin Rusiyanın Samara bölgəsindəki Sizran neft emalı zavoduna uzun mənzilli zərbə endirdiyini açıqladı.
Herbiand.az xəbər verir ki, Ukrayna lideri bu barədə Telegram kanalında yazıb.
"Bu, Rusiya neft emalı zavodlarına qarşı daha bir uzun mənzilli sanksiyadır və biz bu istiqamətdə davam edirik. Bu dəfə hədəfdə sərhədimizdən 800 kilometrdən çox məsafədə yerləşən Sızran Neft Emalı Zavodudur. Əla nişançılığa görə Pilotsuz Sistemlər Qüvvələri və Xüsusi Əməliyyat Qüvvələrinin əsgərlərinə təşəkkür edirik".
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin Telegram mesajında daha ətraflı məlumat verilib. Bildirilib ki, ildə 9 milyon tona qədər neft emalı gücünə malik obyektdə genişmiqyaslı yanğın aşkar edilib.