Bahar Enerji Əməliyyat Şirkəti (BEOC) Xəzərin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarının yenidən işlənməsi üzrə layihənin icrasına başlayıb.
Herbiand.az xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində “Bahar” yatağında qaz hasilatı 50% artıb. Layihə çərçivəsində beynəlxalq enerji xidmətləri şirkəti SLB texniki və geoloji qiymətləndirmə işlərinə cəlb olunub.
Bildirilir ki, ilkin texniki və geoloji qiymətləndirmə mərhələləri tamamlanıb, hazırda layihə növbəti inkişaf mərhələsinə keçid üzrə davam etdirilir. Bu çərçivədə yataqların potensialı və gələcək infrastruktur ehtiyacları qiymətləndirilir.