Rusiya və Azərbaycanın həm iqtisadi, həm də sosial baxımdan uzunmüddətli münasibətləri var.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsi sədrinin birinci müavini Viktor Vodolatski bildirib.
Deputat Azərbaycan Prezidenti İlham Əliyevin Moskva ilə Bakı arasında münasibətlərin tam normallaşdırılması ilə bağlı fikirlərinə belə münasibət bildirib.
O, qeyd edib ki, Rusiya Federasiyası və Azərbaycandakı bir çox müəssisələr arasında tərəfdaşlığın uzun tarixi var: “Bir sıra məhsulların istehsalı hər iki tərəfə müsbət təsir göstərir. Bura yeni iş yerləri və əldə etdiyimiz bütün razılaşmaları yerinə yetirməyə imkan verən münasibətlər daxildir”.
Deputat əlavə edib ki, iki ölkəni unudulmayan ortaq bir tarix bağlayır: “Buna görə də Prezident Əliyev bu gün kənardan yaranan anlaşılmazlıqların və bizi bir-birimizdən ayırmaq cəhdlərinin izsiz yoxa çıxdığını deyəndə haqlı idi. Çünki tariximiz yenidən yazıla bilməz. Münasibətlərimizi 2030-cu ilə qədər inkişaf etdirmək üçün uzunmüddətli planlarımız var. İnanıram ki, bu gün həm Rusiya, həm də Azərbaycan bütün münasibətlərdən faydalanır”.
Bəxtiyar CƏFƏRLİ