Advertisment

Ukraynalı deputat: Hər ay 2000-dən çox insan qanunsuz səfərbər olunur

Ukraynada hər ay səfərbərlikdən möhlət və ya güzəşt almış 2000-dən çox insan qanunsuz olaraq səfərbər olunur.

Herbiand.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Dmitri Razumkov "Raznıe Lyudi" YouTube kanalına verdiyi müsahibədə bildirib.

Deputat qeyd edib ki, hər ay təxminən 2100 insan qanunsuz olaraq səfərbər olunur: “Ombudsman deyib ki, hər ay səfərbər olunanların 7 faizi möhlət, güzəşt və ya digər səbəblərdən olan insanlardır. Onlar səfərbər olunurlar”.

O xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, ölkədə hər ay 30.000 insan səfərbər olunur: “Bu o deməkdir ki, hər il təxminən 26.000 ukraynalı qanunsuz olaraq səfərbər olunur”.

Bəxtiyar CƏFƏRLİ