Advertisment

Rusiya ordusu yeni anti-dron radarın sınağına başlayıb

Rusiya Silahlı Qüvvələri dronları aşkar etmək üçün nəzərdə tutulmuş “Svaroq” mobil radarın sınaqlarına başlayıb.

Herbiand.az bilirir ki, bu barədə “Svaroq” Tədqiqat və İstehsalat Mərkəzi məlumat verib.

Qeyd edilib ki, radar hazırda cəbhə zonalarında istifadə olunur: "Stansiya hədəfləri aşkarlamaq, yerləşdirmək və izləmək üçün davamlı hava məkanının monitorinqi üçün nəzərdə tutulub".

Əlavə olunub ki, radar 15 kilometrə qədər məsafədə dronları aşkar etməyə qadirdir. Çəkisi 28 kiloqramdır. Stansiya mobil yanğınsöndürmə qrupları tərəfindən istifadə olunacaq.

Bəxtiyar CƏFƏRLİ