Ruslar Ümumrusiya Xalq Cəbhəsi (ÜXC) vasitəsilə Ukraynaya qarşı müharibəni dəstəkləmək üçün könüllü olaraq təxminən 70 milyard rubl bağışlayıblar.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Hər şey qələbə üçün" forumunda çıxış edərkən bildirib.
O əlavə edib ki, ÜXC vətəndaşların etimadını qazanıb və 20 milyondan çox insanı bir araya gətirib: "Siz 20 milyondan çox insanı - Rusiya Federasiyası vətəndaşlarını - bir araya gətirmisiniz və bu vətəndaşlar sizə etibar edərək Ümumrusiya Xalq Cəbhəsinə təxminən 70 milyard rubl könüllü olaraq bağışlayıblar".
Putin həmçinin bildirib ki, Rusiya maliyyə sistemini gücləndirməyə, silahlı qüvvələrini təkmilləşdirməyə və müdafiə sənayesində yeni nəticələr əldə etməyə davam edir: “Rusiya ordusu təmas xətti boyunca irəliləməyə davam edir. Bu, qismən sizin səyləriniz sayəsində baş verir”.
Bəxtiyar CƏFƏRLİ