Advertisment

İqnat: “Rusiya Ukrayna şəhərlərinə başqa məqsədlər üçün nəzərdə tutulmuş raketlərlə hücum edir

Ruslar Ukrayna şəhərlərinə zərbə endirmək üçün raketləri qəlpə və ya kasetli sursatlarla təchiz edirlər. Xüsusilə, Kiyev bu yaxınlarda hava hədəflərini vurmaq üçün nəzərə tutulmuş idarə olunan zenit raketi ilə vurulub.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin rabitə şöbəsinin rəisi Yuri İqnat telemarafonun efirində açıqlayıb.

İqnatın sözlərinə görə, düşmən bu cür terror aktlarına əl atır və iddia edir ki, guya Ukrayna öz hava hücumundan müdafiə sistemləri ilə "özünə" atəş açır: “Xüsusilə, Odessa bu səhər vurulub, bundan sonra rus təbliğatçıları guya Ukrayna hava hücumundan müdafiə sistemlərinin bu qədər ziyan vurduğu barədə xəbər yaymağa başlayıblar. Bu yalan artıq təəccüblü deyil".

O qeyd edib ki, düşmən müxtəlif növ sursatlardan istifadə edir - onların döyüş başlıqları yüksək partlayıcı parçalanma ola bilər, kasetli bombalarla doldurulur və s.

İqnat deyib ki, S-300 və ya S-400 zenit raketləri hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub - minlərlə sursat partladıldıqdan sonra təyyarə, helikopter və ya raket deşilməlidir: “Lakin düşmən müharibənin ilk günlərindən bəri bu zenit raketlərindən yerüstü hədəflərə, xüsusən də Kiyevdə, Xarkovda və digər yerlərdə istifadə edir”.

Bəxtiyar CƏFƏRLİ