Advertisment

KİV: Trampın oğlunun Estoniyaya səfəri gizli saxlanılır

ABŞ Prezidenti Donald Trampın böyük oğlu, iş adamı Donald Tramp Jr. Estoniyanın paytaxtı Tallinə gəlib.

Herbiand.az xəbər verir ki, bu barədə Estoniyanın “Delfi” nəşri məlumat yayıb.

Məlumata görə, Tramp Jr. Monqolustandan “Qatar Executive” şirkətinə məxsus şəxsi təyyarə ilə Tallinə uçub. O, şəhərdə “Radisson Collection” hotelində yerləşib.

Trampın oğlunun şəhərdə mühafizəçilərin müşayiəti ilə hərəkət etdiyi bildirilir. Onun Estoniyaya səfərinin məqsədi rəsmi şəkildə açıqlanmayıb. Səfərin şəxsi, yoxsa biznes xarakterli olduğu hələlik məlum deyil.

Estoniyadakı ABŞ səfirliyi də səfərlə bağlı şərh verməyib.

Teleqraf