Advertisment

Həlak olan alpinistlər arasında Milli Qvardiyanın əməkdaşları da var

Rusiyanın Kabardin-Balkariya bölgəsində qar uçqunu nəticəsində həlak olan alpinistlər arasında Rusiya Milli Qvardiyasının əməkdaşları da var. Herbiand.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qurum eyni zamanda “Vityaz” Xüsusi Təyinatlı Mərkəzinin hərbçilərinin hadisə zonasında həlak olması barədə məlumatı təkzib edib.

Qeyd edək ki, 2026-cı il sentyabrın 6-da Kabardin-Balkariyanın Bezenqi dərəsində yerləşən Mijirgi dağında güclü qar uçqunu baş verib. Uçqun  nəticəsində 33 dağçı qar altında qalıb.

Dünənə olan məlumata görə, hadisə  nəticəsində  12 nəfər həlak olub, 6 nəfər yaralanıb. 10 dağçı uçqun zonasından sağ çıxmağı bacarıb. Daha 5 dağçının taleyi isə hələlik məlum deyil.

Bu hadisə ölənlərin sayına görə 2002-ci ildən bəri Rusiyada baş vermis ən böyük faciələrdən biri ola bilər.

E.Cəfərli
Herbiand.az