Advertisment

Rubio Kolumbiyaya qoşun göndərilməsini istisna edib

ABŞ dövlət katibi Marko Rubio Kolumbiyaya səfəri zamanı yerli hakimiyyət orqanlarının narkotik kartelləri ilə mübarizədə Vaşinqtonun dəstəyinə ümid etdiyini, lakin Amerika qoşunlarını gözləmədiyini bildirib.

Herbiand.az xəbər verir ki, bu barədə Rubio jurnalistlərə bildirib.

O, qeyd edib ki, kolumbiyalılar heç vaxt Amerika əsgərlərinin Kolumbiyaya gəlib narkotik kartelləri ilə mübarizə aparmasını xahiş etməyiblər: “Onlar bizdən kömək və təlim istəyiblər. Kolumbiya hakimiyyəti "bu mübarizənin çox hissəsini" özləri aparmağa hazırdır. Onların sadəcə avadanlıqla bağlı köməyimizə ehtiyacı var. Onlara bizim kəşfiyyat köməyimiz lazımdır. Bəzən ixtisaslaşmış təlimlə bağlı köməyimizə ehtiyacları var”.

Bəxtiyar CƏFƏRLİ