Bakı Limanı Xəzər dənizinin qərb sahilində Avropaya açılan yeganə qapı və liman kimi böyük inkişaf potensialına malikdir.
Herbiand.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çinin Lyanyunqan limanının xarici əlaqələr üzrə vitse-prezidenti Jiang Vei deyib.
Onun sözlərinə görə, Lyanyunqan limanı ilə Bakı Limanı arasında 2018-ci ilin ortalarından etibarən sıx tərəfdaşlıq əlaqələri qurulub.
“2024-cü ildə biz Transxəzər daşımaları haqqında çərçivə sazişi imzaladıq. 2025-ci ildə isə əməkdaşlığı daha da dərinləşdirərək ətraflı danışıqlar apardıq”, - Jiang Vei bildirib.
O qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC və Bakı Limanı ilə əməkdaşlığa böyük əhəmiyyət verilir.
“Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovla görüşdüm və müvafiq məsələləri ətraflı müzakirə etdik”, - Çin rəsmisi əlavə edib.