Niderlandın Mərkəzi Bankı 2026-cı ilin mart-aprel ayrları ərzində ABŞ və Kanadada olan təxminən 313 ton qızılın 86 tonunu Londona aparıb.
Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, atılan addımlar geosiyasi gərginliyin artması ilə bağlıdı, ehtiyatların likvidliyinin yüksəldilməsi məqsədi daşıyır.
Aparılmış əməliyyat Nyu-Yorkda təxminən 59 ton qızılın satılması və eyni həcmdə qızılın Böyük Britaniyanın paytaxtında alınması yolu ilə həyata keçirilib. Daha 27 tondan çox qızıl isə fiziki olaraq ABŞ və Kanadadan çıxarılıb. Nəticədə Amsterdamın Londonda saxlanılan qızılının payı maksimum həddə çataraq, ümumi 612,4 tonluq ehtiyatın təxminən üçdə birini — 32,1 faizini təşkil edib. Niderland öz qızılını ABŞ-dan çıxarmağa qərar verən yeganə ölkə deyil. Mart ayında Fransa da qızıl ehtiyatlarının ABŞ-dan çıxarılmasını başa çatdırıb.