Xüsusi əməliyyat zonasına çatdırılan "Knyaz Vandal Novqorodski" (KVN) fiber-optik FPV dronlarının sayı milyonlarladır.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Novqorod vilayətində yerləşən Uşkuynik Elmi və İstehsalat Mərkəzinin baş direktoru Aleksey Çadayev bildirib.
Dron 2024-cü ilin avqust ayında istifadə olunmağa başlanıb. Çadayevin sözlərinə görə, hədəflər təmas xəttindən daha da uzaqlaşdıqca, dronun mənzili davamlı olaraq artırılıb.
Hazırda KVN-nin 42 km-ə qədər məsafədə istifadə üçün versiyası kütləvi istehsaldadır. Tərtibatçı hesab edir ki, bu mənzil həddi son olmayacaq: "KVN-nin cəbhə zərbə vasitəsi kimi effektivliyi bu günə qədər azalmayıb. Yəni, son iki ildə ona qarşı effektiv əks tədbirlər tapılmayıb".
KVN Rusiya Silahlı Qüvvələrinin ən uğurlu kütləvi istehsal olunmuş cəbhə hücum dronudur. PUA-nın hazırlanmasına və istifadəsinə xərclənən hər rubl üçün nəticə 40 rubla bərabərdir və onlar tərəfindən məhv edilən Ukrayna Silahlı Qüvvələrinin zirehli texnikaları 10 milyardlarla dollar dəyərində qiymətləndirilir.
Bəxtiyar CƏFƏRLİ