İsrailin xarici işlər naziri Gideon Saar Böyük Britaniyanın Qüdsdəki konsulluğunun bağlanacağını və 12 britaniyalı siyasətçinin ölkəyə girişinə qadağa qoyulacağını bildirib.
Herbiand.az xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında yazıb. Nazir qeyd edib ki, qadağa İsrail əleyhinə fəaliyyətdə iştirak edən şəxslərə şamil olunacaq.
Saar həmçinin qeyd edib ki, İsrail britaniyalı nümayəndələri Kiryat-Qatda humanitar qərargahın fəaliyyətindən və Ramallada Fələstin Muxtariyyətinin qüvvələrinin hazırlanması prosesindən də kənarlaşdıracaq.
Nazir Britaniyanın leyborist hökumətini İsrailə qarşı sistemli düşmənçilik fəaliyyətində və suveren dövlətin daxili işlərinə kobud müdaxilədə ittiham edib.
“Təəssüf ki, Böyük Britaniyada İsrailə qarşı sistemli şəkildə fəaliyyət göstərən qüvvə hakimiyyətdədir və onlar bizə bu cür cavab verməkdən başqa seçim qoymadılar”,- deyə İsrailli diplomat bildirib.
Qeyd edək ki, İsrailin sərt reaksiyasına səbəb Britaniyanın xarici işlər naziri Ed Milibendin İcmalar Palatasında çıxışı olub. O, Yəhudeya və Samariyada radikal israillilərin fəaliyyətini “fələstinlilərin etnik təmizlənməsi” adlandırıb.
E.Cəfərli
Herbiand.az