Sentyabrın 8-də İndoneziyada sahillərində güclü zəlzələ baş verib.
Herbiand.az xarici mediaya istinadən xəbər verir ki, kurort ölkəsi 5.2 maqnitudalı yeraltı təkanlarla silkələnib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə 19:36 -da Flores dənizində qeydə alınıb. Zəlzələnin episentri kiçik Ruteng şəhərindən 124 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
İnsan tələfatı yoxdur. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.
Qeyd edək ki, bu gün Yunanıstanda da 4,5 maqnitudalı zəlzələ baş verib.
E.Cəfərli