Kamal Kılıçdaroğlu yenidən başqan postuna qayıtdıqdan sonra Cümhuriyyət Xalq Partiyasından (CXP) ayrılan siyasətçilərin yaratdığı Yeni Partiya təsis qurultayına gedir. Bu barədə herbiand.az Türkiyə mediasına istinadən xəbər verir.
Qeyd eədk ki, Yeni Partiya CXP-dən istefa edən 91 millət vəkili tərəfindən cari ilin iyulun 24-də elan edilib.
Məlumata görə, qurultay 14-15 noyabr tarixlərində Ankarada keçiriləcək.
“Ankara Arena” qapalı idman salonunda keçirilməsi nəzərdə tutulan qurultayda təşkilatı məsələlərə baxılacaq, partiyanın siyasi platforması qəbul ediləcək.
E.Cəfərli