Rusiya Prezidenti Vladimir Putin gecə yarısından başlayaraq üç gün ərzində Ukraynanın paytaxtı Kiyevə hücum etməməyi əmr edib.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.
Qərar hazırda Moskvada olan ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cerad Kuşnerin Ukraynaya gözlənilən səfəri ilə əlaqədardır.
“Doğrudan da, Ukraynadan belə bir məlumat daxil olub. Rusiya Prezidenti, Ali Baş Komandan Putin bu gündən - gecə yarısından etibarən üç gün ərzində Kiyevə zərbələr endirməmək barədə əmr verib. Bu, amerikalıların Kiyevdə planlaşdırılan görüşlərinə hazırlıq və bunların həyata keçirilməsi ilə bağlıdır”, - o deyib.
Ukrayna mediası bundan əvvəl sentyabrın 5-dən 8-dək atəşkəs rejiminin elan edildiyi barədə məlumat yaymışdı.
Teleqraf