Rusiya donanmasının "Marşal Şapoşnikov" freqatı, "Admiral Tributs" böyük sualtı qayıq əleyhinə gəmi və "Peçenqa" orta ölçülü dəniz tankeri Asiya-Sakit Okean bölgəsində missiyalar yerinə yetirmək üçün Vladivostokdan uzun məsafəli səyahətə yola düşüblər.
Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, gəmilərin göyərtəsində Ka-27 helikopterləri yerləşdirilib. Heyət Yaponiyanın Honsyu və Hokkaydo adalarını ayıran, Yapon dənizini Sakit Okeanla birləşdirən Sanqarski boğazına yola düşüblər.
Nazirlik əlavə edib ki, Sakit Okean donanmasının əsas bazasından çıxdıqdan sonra gəmilərin heyətləri hava hücumlarından və simulyasiya edilmiş düşmənin pilotsuz qayıqlarından hücumları dəf etmək üçün təlimlər keçiriblər.
Bəxtiyar CƏFƏRLİ