Advertisment

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir

Diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir.

Herbiand.az bildirir ki, diplomatlar səfər çərçivəsində bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar.

Qeyd edək ki, sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Ötən gün diplomatlar Xankəndi və Şuşada olublar.