Advertisment

Fransa ordusu dronlara görə tanklardan istifadə taktikasını dəyişir

Fransa ordusu Ukrayna təcrübəsinə əsaslanaraq zirehli texnika taktikasını yenidən nəzərdən keçirir. Komandanlıq dronlara daha az görünən və lazım olduqda böyük tapşırıqları yerinə yetirmək üçün tez bir zamanda birləşən kiçik tank qrupları ilə təcrübələr aparır.

Adi fransız zirehli tağımı 4 Leclerc tankından və 4 VBL yüngül zirehli texnikasından ibarətdir. Bir hissəsi Rumıniyada yerləşdirilən 7-ci zirehli briqada (7e BB) bu strukturu dəyişdirmək qərarına gəlib. Bölmənin komandiri, general Maksim Do Tran bildirib ki, ənənəvi tağım əvəzinə vəziyyətdən asılı olaraq birləşdirilə bilən kiçik döyüş qruplarını sınaqdan keçirir.

Onun sözlərinə görə, Ukraynada PUA-ların geniş istifadəsi zirehli texnikaların manevrini ciddi şəkildə çətinləşdirib.

Bəxtiyar CƏFƏRLİ

Herbiand.az