Xəzər dənizi hövzəsində ekoloji böhran dərinləşir. Herbiand.az xəbər verir ki, Dağıstan sakinləri son vaxtlar Xəzərin təhlükəli kanalizasiya suları ilə çirkləndiyini bildiriblər. Sakinlərin “Gazeta.ru”-ya veridyi məlumata görə, demək olar ki, bütün çirkab suları dənizə axıdılır və burada çimmək artıq mümkün deyil.
“Dənizə girən kimi bədəndə səpkilər yaranır, hətta zəhərlənmə halları da baş verib”-sakinlər belə deyib.
Maraqlıdır ki, Rusiyada və ölkənin sərhədində yerləşən su hövzələrinin hamısında vəziyyət oxşardır.
Rusiyalı bioloqlar hesab edir ki, yayda istirahəti sevən rusiyalılar artıq getməyə çimərlik tapa bilmirlər.
“Hər il rusiyalıların istirahət üçün gedə biləcəyi yerlərin sayı azalır. Qara və Azov dənizləri mazut sızmaları nəticəsində çirklənib, Xəzərə isə artıq uzun müddətdir ki, çirkab suları axıdılır”-bioloq Filip Sapojnikov nəşrə açıqlamasında belə deyib.
Saytın araşdırmasına görə, iyunun sonunda Dağıstanın Kaspiysk şəhəri yaxınlığından götürülmüş nümunələr əsasında laboratoriya araşdırmaları zamanı suda təhlükəli bakterial çirklənmə aşkarlanıb, sahilyanı ərazilərində dənizdə çimməyi müvəqqəti olaraq qadağan edilib.
E.Cəfərli