Advertisment

Şəhidlərin xatirəsinə yeni yaşıllıqlar salınıb

Samuxda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Herbiand.az bildirir ki, rayonun bütün yaşayış məntəqələrini əhatə edən aksiyada rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ümumilikdə 250-dək şam ağacı əkilib, ümumi istifadədə olan ərazilərdə təmizlik və abadlıq işləri həyata keçirilib, qurumuş və baxımsız vəziyyətdə olan gül-çiçəklər yeniləri ilə əvəz olunub, yaşıllıqlara qulluq göstərilib.

AZƏRTAC